Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının növbəti iclası keçirilib

28 aprel 2026 | 15:33

İclasda Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində rayon ərazisində 2025-ci il ərzində görülən işlərin təhlili, cari dövrdə həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, Abşeron RİH yanında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə” rayon komissiyasının sədri Gülnar Rəhimova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatında mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin edir, qarşıya qoyulan vəzifələrin icrası üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə şərait yaradır.

Qeyd olunub ki, ölkədə insanların sağlamlığının qorunması, mənəvi-əxlaqi dəyərlərin aşınmasının qarşısının alınması zərurəti narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyətini daha da artırır. Hesabat dövründə bu istiqamətdə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatın genişləndirilməsi, narkomaniyaya düçar olmuş şəxslərin müalicə olunaraq sağlam həyata qaytarılması, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Görüşdə komissiyanın tərkibində təmsil olunan təhsil, səhiyyə, mədəniyyət, hüquq-mühafizə orqanlarının, habelə qeyri-hökümət təşkilatının və media nümayəndələri çıxış edərək cari il ərzində görülmüş işlər, qarşıda duran vəzifələr, mövcud problemlər və onların həlli istiqamətində nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat veriblər.

Çıxışlar zamanı rayonda narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlərin nəticələri geniş təhlil olunub, bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Sonda qarşıda duran vəzifələrin icrası, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, qeyri-hökumət təşkilatları ilə birgə sosial və maarifləndirici tədbirlərin həyata keçirilməsi, eləcə də digər zəruri addımların atılması ilə bağlı aidiyyəti qurumlarla müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

Keçidlər