Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının görüşü keçirilib

27 mart 2024 | 14:47

Görüşdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə bağlı  rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə komissiyası tərəfindən  rayon ərazisində 2023-cü il ərzində görülən işlərin təhlili və cari dövr ərzində görülən işlər, habelə qarşıda duran vəzifələr müzakirə edilib.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova çıxış edırık qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan vermişdir. Eyni zamanda ölkədə insanların sağlamlığının qorunması, mənəvi-əxlaqi dəyərlərin aşınmasının qarşısının alınması zərurəti narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyətini ciddi şəkildə artırmışdır.

G.Rəhimova həmçinin çıxışında iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən mövcud və yeni yaradılmış qaynar xəttlər barədə məlumat verib.

Bildirilib ki, hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi sayəsində sözügedən Dövlət Proqramının həyata keçirilməsi istiqamətində aparılan işlərin səmərələliyinin daha da yüksəldilməsi üçün müvafiq zəruri tədbirlər görülmüşdür.

Görüşdə komissiyanın tərkibində təmsil olunan təhsil, səhiyyə, ədliyyə və hüquq-mühafizə orqanlarının əməkdaşları hesabat xarakterli çıxış edərək təmsil etdikləri qurumlar tərəfindən ötən və cari dövr ərzində görülmüş işlər və qarşıda duran vəzifələr, o cümlədən mövcud problemlər və onların həlli istiqamətində nəzərdə tutulmuş işlər barəsində ətraflı məlumat veriblər.

Çıxışlar zamanı rayonda narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülmüş işlərdən danışılıb, Komissiya tərəfindən həyata keçirilmiş tədbirlərin nəticələri geniş təhlil olunub, narkomaniya ilə mübarizə tədbirlərinin genişlənməsi ən vacib məsələlərdən biri olduğu vurğulanıb.

Sonda qarşıda duran vəzifələrin icrası, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, qeyri-hökumət təşkilatları ilə birlikdə sosial və maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsi və digər zəruri tədbirlərin icra edilməsi istiqamətində səmərəliliyin daha da artırılması ilə bağlı aidiyyəti qurumlarla birgə müzakirələr aparılıb və müvafiq qərar qəbul edilib.

Keçidlər