Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda “Mülki müdafiə hazırlığının 2022-ci ilin yekun hesabatı və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplantı keçirilmişdir

24 dekabr 2022 | 11:03

Abşeron rayonunda “Mülki müdafiə hazırlığının 2022-ci ilin yekun hesabatı və 2023-cü ildə qarşıda duran vəzifələr”
mövzusunda metodiki toplantı keçirilmişdir


Abşeron Rayon İcra Hakimiyyətinin və Fövqəlada Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Abşeron rayonu ərazisində fəaliyyət göstərən yerli icra hakimiyyəti və yerli özünü idarəetmə orqanları, həmçinin mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda “Mülki müdafiə hazırlığının 2022-ci ilin yekun hesabatı və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplantı keçirilmişdir. RİH binasında baş tutan toplantıda Abşeron RİH başçısının birinci müavini Yusif Sadıqov, Fövqəlada Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev, o cümlədən rayon ərazisində fəaliyyət göstərən idarə-müəssisə rəhbərləri və mülki müdafiə və fövqəlada hallar üzrə məsələlərin icrası ilə bağlı səlahiyyətli şəxslər iştirak edib.
Toplantını giriş nitqi ilə açan Yusif Sadıqov bildirib ki, rayon ərazisində yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir çox işlər görülmüş, bu işlərin tərtib olunmuş plana uyğun aparılmasına nəzarət gücləndirilməlidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsi zamanı mülki müdafiənin nə qədər önəmli olduğunun bir daha müşahidə olunduğunu, düşmənlərimizin sivil insanları atəşə tutduğunu qeyd edən Rayon Fövqəladə Hallar Komissiyasının sədri dinc şəraitlərdə də yaşana biləcək fövqəladə vəziyyətlərə qarşı əhalimizin həm məlumatlı, həm də hazırlıqlı olmasının vacibliyini vurğulamışdır. Məlumatlandırma işlərinin orta məktəblərdən başlanılmasına xüsusi diqqətin göstərilməsinin əhəmiyyətini bildirən çıxışçı maarifləndirmə tədbirlərinin sayının artırılmasının vacidliyini qeyd etmişdir.
Fövqəlada Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev əhalinin mülki müdafiəsi sahəsində 2022-ci ildə görülən işlərdən danışaraq qeyd etmişdir ki, sakinlərin müdafiəsi ən vacib məqamlardan biridir. O, qış mövsümünə hazırlıqla bağlı görülən işlərlə bərabər bu istiqamətdə növbəti birgə addımların atılmasına ehtiyacın olduğunu qeyd etmişdir.
Daha sonra Fövqəlada Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Mülki Müdafiə tədbirlərinin planlaşdırma şöbəsinin rəisi Ruslan İbrahimov hesabat xarakterli çıxış edərək bildirmişdir ki, 2023-cü tədris ilində mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların mülki müdafiəyə hazırlanmasında əsas məqsəd mülki müdafiə işinin təşkilində səmərəliliyin artırılması, mülki müdafiə qərargahlarının fəaliyyətinin təkmilləşdirilməsi, əhalinin fövqəladə hallardan qorunması sahəsində maarifləndirmə işinin gücləndirilməsi, eləcə də fövqəladə hadisələrin qarşısının alınması və nəticələrin aradan qaldırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsidir.
Sonda toplantı iştirakçılarının sualları cavablandırılmışdır.

https://www.fhn.gov.az/index.php?aze/news/xeber/2022/12/15/46599/

 

Keçidlər