Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda “Məişət zorakılığından zərərçəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi” mövzusunda seminar keçirilib

12 may 2026 | 15:20

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2026-cı il üzrə Tədbirlər Planına uyğun olaraq “Məişət zorakılığından zərərçəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi” mövzusunda məktəb psixoloqları üçün Xırdalan şəhəri Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb-liseydə seminar keçirilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və Məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və əlaqələndirmə qrupunun katibi Şükufə Məmmədova iştirakçıları salamlayaraq açılış nitqi ilə başlayıb. Çıxış zamanı məişət zorakılığı hallarında aidiyyəti qurumlar arasında əməkdaşlığın vacibliyi, zərərçəkmiş uşaqların vaxtında müəyyən olunması və onlara psixoloji dəstəyin göstərilməsinin əhəmiyyəti vurğulanıb.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması üzrə sektorunun məsləhətçisi İradə Məmmədova “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və zərərçəkmiş şəxslərin müdafiəsi mexanizmləri barədə təqdimatla çıxış edib. 

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin psixoloqu Leyla Məmmədova “Uşaqlara qarşı zorakılığın diaqnostikası və fəsadları” mövzusunda çıxış edərək zorakılığın uşaqların psixoloji və emosional inkişafına təsirləri barədə ətraflı məlumat verib.

Loqos Psixoloji və Nitq Mərkəzinin  psixoloqu Fatma Xəlgəldiyeva isə “Məişət zorakılığı fonunda böyüyən uşaqlara məktəbdə psixoloji dəstək” mövzusunda təqdimatla çıxış edərək məktəb psixoloqlarının tətbiq edə biləcəyi praktiki yanaşmaları iştirakçıların diqqətinə çatdırıb.

 

Keçidlər