Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda "Konstitusiya və Suverenlik İli" çərçivəsində yeniyetmələr arasında rəsm müsabiqəsi keçirilib

24 aprel 2025 | 14:03

Abşeron rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində "Konstitusiya və Suverenlik İli" çərçivəsində “Təbiəti qoruyaq” adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqə Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Abşeron-Xızı Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin işğaldan azad olunan bütün ərazilərdə bərqərar olduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli, 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildiyini vurğulayıb. G.Rəhimova həmçinin qeyd edib ki, müsabiqəsinin keçirilməsində məqsəd gənclərin ətraf mühitin qorunmasına təşfiq edilməsi, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsindən ibarətdir.

Daha sonra çıxış edən digər rəsmilər Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Abşeron rayonu üzrə gənclər və idman sektorunun müdiri Xannənə Ağayeva və Abşeron rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Aytən Rüstəmova ölkəmizdə eləcədə Abşeron rayonunda təbitəin mühafizəsi, yaşıllıqların artırılması istiqamətində atılan addımlardan, bir vətəndaş olaraq təbiətin qorunmasında əsas öhdəliklərimizdən, eyni zamanda müsabiqənin şərtləri haqqında məlumat verərək bütün iştirakçılara uğurlar arzulayıblar.

Müsabiqədə rəsm qabiliyyəti olan 20 yeniyetmə və gənc onlara verilən 2 saat müddətində “Təbiəti qoruyaq” mövzusunda sərbəst texnika seçimi ilə rəsm bacarıqlarının mübarizəsinə qatılıb. Müddətin sonunda Abdinzadə Batıxan I yerə, Kəlbiyev Yusif II yerə, Süleyman Vüsalə və Ağakişiyev Eldar III yerə layiq görülərək Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla, digər iştirakçılar isə fəal iştiraklarına görə təltif olunub.

Keçidlər