Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda işəgötürənlərlə dəyirmi masa keçirilib

16 iyul 2022 | 14:10

Abşeron Rayon İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində işəgötürənlərin iştirakı ilə dəyirmi masa keçirilib.
Görüşdə işəgötürənlərə filialın fəaliyyət istiqamətləri və məşğulluq istiqamətləri ilə bağlı məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısınin İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova çıxış edərək dəyirmi masanın əhəmiyyətindən danışıb. Bildirilib ki, ölkəmizdə şəhid ailələrinin və qazilərin işlə təmin olunması Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Sonda filial əməkdaşları tərəfindən Əmək Münasibətləri Alt Sistemi (ƏMAS), məşğulluq tədbirləri və peşə kursları haqqında işəgötürənlər məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər