Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

16 iyun 2026 | 17:35

Abşeron rayonunda “İnsan Hüquqları Aylığı” çərçivəsində hüquqi maarifləndirici tədbir keçirilib. Tədbirdə Abşeron RİH başçısının müavini Gülnar Rəhimova, Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova, rayonun bələdiyyə üzvləri və icra nümayəndələri, səhiyyə, təhsil, mədəniyyət və qeyri-hökumət təşkilatlarının əməkdaşları iştirak edib.

RİH başçısının müavini Gülnar Rəhimova çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib. Qeyd olunub ki, dövlət başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyun ayının 18-də Azərbaycanda “İnsan Hüquqları Aylığı” keçirilir.

Gülnar Rəhimova çıxışında bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkəmizdə insan hüquqlarının qorunması sahəsində möhkəm qanunvericilik bazası formalaşdırılıb, beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklər ardıcıl şəkildə yerinə yetirilir. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş dövlət proqramları, fəaliyyət planları və strateji sənədlər insan hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyinin təmin olunması, şəffaflığın artırılması, vətəndaş cəmiyyəti institutlarının inkişafı və hüquqi maarifləndirmənin gücləndirilməsi istiqamətində mühüm nəticələrin əldə olunmasına şərait yaradıb.

Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova da çıxışında vurğulayıb ki, “İnsan Hüquqları Aylığı”nın keçirilməsində əsas məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunan nailiyyətlər barəsində ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquqi şüuru və hüquq mədəniyyətinin inkişafına töhfə verməkdir. 

Daha sonra Ombudsman Aparatının Təhlil və monitorinqlər sektorunun müdiri Vəli Quliyev və həmin sektorun böyük məsləhətçisi Elvin Hacıyev “İnformasiya əldə etmək haqqında” qanunun tələbləri və bu qanundan irəli gələn vəzifələr barəsində təqdimatla çıxış ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər