Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda Heydər Əliyevin 102-ci il dönümü münasibətilə silsilə tədbirlər keçirilib

10 may 2025 | 17:50

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları, eləcə də idarə, təşkilat və müəssisə rəhbərləri, rayon ictimaiyyəti Ümummilli Liderin adını daşıyan parkda Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Abşeron RİH, YAP Abşeron rayon Təşkilatı və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə konfrans, Abşeron RİH və Abşeron Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə dəyirmi masa, Abşeron RİH və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə AKF-in vitse-prezidenti Füzuli Musayev tərəfindən “ustad dərsləri” və nümunəvi çıxışlardan ibarət idman bayramı keçirilib.

Keçidlər