Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva anılıb

15 aprel 2023 | 17:51

Abşeron rayonunda görkəmli alim, oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə akademik Zərifə xanım Əliyevanın, Ümummilli lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tdəbirdə çıxış edən Abşeron Rayon Mərkəzi xəstəxanasının direktoru Azər İsmayılov bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycanda həm həkim, həm dəyərli şəxsiyyət, həm də ictimai xadim kimi çox böyük nüfuz qazanıb. Azərbaycan səhiyyəsinin inkişafınada və bir çox göz xəstəliklərinin müalicəsində Zərifə xanım Əliyevanının böyük əzmi və fəaliyyətinin olduğunu vurğulayan direktor qeyd edib ki, məhz onun sayəsində o dövr üçün aktual olan bir çox tibbi problemlər tamamilə həll olunub.

Abşeron RİH başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova çıxış edərək bildirib ki, Zərifə xanım Əliyeva əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirib. Onun nəinki Azərbaycanın, o cümlədən bütün dünya qadınlarına nümunə ola biləcək sədaqətli silahdaş, gözəl ana, böyük oftalmoloq-alim olduğunu qeyd edən başçının müavini Zərifə Əliyevanın təbabətə inamla, xeyirxahlıqla xidmət etdiyini, hümanist və idarəçi ictimai xadim kimi xalqımızın yaddaşında hər zaman qalacağını vurğulayıb. Qeyd olunub ki, tanrı Zərifə xanıma Müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin həyat yoldaşı və Müzəffər Ali Baş Komandan, torpaqlarımızı işğaldan azad edən cənab İlham Əliyevin anası olmağı nəsib edib.

YAP Abşeron Rayon  təşkilatının sədri Abbas Əliyev də Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Zərifə xanım Azərbaycanda geniş yayılmış traxomanın müalicəsi, peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatların müəllifi olub.

Abşeron Rayon Mərkəzi xəstəxanasının həkim-oftolmoloqu Ülkər Həsənova çıxış edərək bildirib ki, Zərifə xanım Əliyeva “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olub və yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib.

Tədbirdən sonra Abşeron rayon Mərkəzi Xəstəxanasında rayon sakinlərinin göz müayinəsi həyata keçirilib.

Keçidlər