Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda genişmiqyaslı təmizlik-abadlıq həftəsi keçirilib

30 aprel 2024 | 17:20

Aksiya zamanı beynəlxalq əhəmiyyət daşıyan yolların Abşeron rayonundan keçən hissələri, o cümlədən yerli əhəmiyətli və daxili küçələr yol boyunca məişət tullantılarından və alaq otlarından təmizlənib, xüsusi texnikalar vasitəsi ilə daşınıb.

Mütəmadi şəkildə keçirilən bu dəfəki tədbirlər çərçivəsində yol kənarlarında ümumilikdə 1000-dən çox müxtəlif növ ağac əkilib. Yeni əkilmiş ağaclara üzvi gübrə verilib, suvarılıb və lazimi aqrotexniki qulluq göstərilib. Bundan əlavə, rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən rayonun küçə və parklarında ümumi səliqə-sahman yaradılıb, ağaclar ağardılıb.

Keçidlər