Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üvzləri ilə görüş keçirilib

14 may 2022 | 09:51

Abşeron rayonunda “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üvzləri ilə görüş keçirilmişdir. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova, Sosial Xidmətlər Agentliyinin Abşeron-Xızı regional filialının müdiri Nurlan Məmmədzadə, Sumqayıt şəhərinin, Abşeron, Siyəzən və Xızı rayonlarının polis idarələrinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun işçiləri, həmin rayonların Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların məsul əməkdaşları, bələdiyyə sədrləri iştirak etmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının öz fəaliyyətlərini həyata keçirən zamanı “Məişət zorakılğının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanununun tələblərini rəhbər tutaraq məişət zorakılığı qurbanlarına daha çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsi, zəruri hallarda qurbanların sığınacaqlara yerləşdirilməsi, eləcə də baş vermiş zorakılıq halları ilə əlaqədar müvafiq tədbirlərinin vacibliyini bildirmişdir.
Çıxışında Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun icrasında rayon icra hakimiyyətlərinin qarşısında qoyulmuş vəzifələr və bununla bağlı rayonda görülmüş işlər barədə ətraflı məlumat vermiş, eyni zamanda, məişət zəminində baş verən zorakılıq hallarının hər bir insanı narahat etdiyini vurğulamışdır.
Sonra çıxış edən monitorinq qruplarının üvzləri yerlərdə baş vermiş məişət zorakılığı halları ilə bağlı monitorinq qruplarına daxil olmuş müraciətlər və bu sahədə görülmüş işlər, o cümlədən ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər barədə danışmışlar.
Daha sonra məişət zorakılığının qarşısının alınması zamanı qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə edilmişdir.

Keçidlər