Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda erkən nikaha qarşı növbəti tədbir keçirilib

07 oktyabr 2023 | 14:22

Abşeron rayonunda "Zorla ərə verilmə, erkən nikah" mövzusunda maarifləndirici  tədbir keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi tərəfindən Xırdalan şəhər 1 saylı tam orta məktəbdə düzənlənən tədbirdə məktəbin psixoloq və müəllim kollektivi və 9-10-cu sinif şagirdləri iştirak ediblər.

Tədbirdə “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-in sədri Fatma Hacıyeva, Abşeron RİH yanında Gender Zorakılığı və Uşaqlara Qarşı Zorakılıq üzrə Monitorinq Qrupunun məsul katibi Şükufə Məmmədova, Abşeron RİH-in yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, Abşeron Rayon Polis İdarəsinin baş inspektoru, polis mayoru Elbrus Əhmədov və Xırdalan şəhər 1 saylı tam orta məktəbin direktoru Arifə Balakişiyeva çıxış edərək erkən nigahın və zorla ərə verilmənin mənfi tərəfləri haqqında danışıblar. Qeyd edilib ki, erkən nigahlar əsasən qızların istəkləri olmadan və ya valideynlərin təzyiqi nəticəsində həyata keçirilir. Erkən nikah hallarının hazırda aktual ailə problemlərindən biri olduğu vurğulanaraq bildirilib ki, bu halların baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə sosail cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Çıxışçılar bildiriblər ki, bu cür halların qarşısının alınması istiqamətində ölkəmizdə maarifləndirici tədbirlər həyata keçirilir.

Məktəblilərə “Zorla ərə verilmə, erkən nikah”ın yaratdığı sosial problermlərdən bəhs edən kitabçalar paylanılıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər