Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərində Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir
30 aprel 2025 | 14:15
Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Xırdalan və Masazır Ailə Sağlamlıq Mərkəzlərində Ümumdünya İmmunlaşdırma həftəsi çərçivəsində valideynlərin maarifləndirilməsi, övladlarının sağlam gələcəyinin təminatı və yoluxucu xəstəliklərdən qorunmaq üçün əsas profilaktik tədbirlərdən olan immunizasiyaya cəlb edilməsinin vacibliyinin çatdırılması məqsədilə tədbir keçirilib.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova valideynlərlə görüşüb, immunizasiya prosesi ilə tanış olublar.
Tədbir zamanı peyvənd olunan uşaqlara hədiyyələr verilib.