Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron Rayon Mərkəzi Xəstəxanasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönəmi ilə əlaqədar qanvermə aksiyası keçirilib

02 may 2025 | 12:53

02.05.2025-ci il tarixində Abşeron Rayon İcra Hakimiyyətinin, Abşeron Rayon Mərkəzi Xəstəxanasının və Respublika Qan Bankının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönəmi münasibətilə qanvermə aksiyası keçirilib.

Aksiya hemofiliya və talassemiya irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin qan ehtiyatını artırmaq məqsədilə təşkil edilib.

Aksiyada Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova da iştirak edib.

Qanvermə aksiyasına qoşulmaq üçün 250-dən çox insan müraciət edib. Tibb heyəti tərəfindən sağlamlıq göstəriciləri əvvəlcədən təyin olunan 117 nəfərdən qan ehtiyatı götürülüb.

Keçidlər