Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində yerləşən N saylı hərbi hissələrdə müqəddəs Qurban bayramı münasibəti ilə tədbir keçirildi

09 iyul 2022 | 12:25

Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın əməkdaşları, hərbi hissələrin rəhbərliyi, şəxsi heyyəti və digərləri iştirak etdi.
İlk olaraq Azərbaycan respublikasının dövlət himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükut ilə yad edildi.
İştirakçılar çıxış edərək Abşeron rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev adından bütün hərbiçilərə müqəddəs Qurban bayramı münasibəti ilə təbriklərini bildirdilər. Bildirildi ki, Dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban bayramının Azərbaycanda hər il yüksək səviyyədə qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərimzə göstərdiyi diqqətin parlaq təzahürüdür. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.
Daha sonra hərbi hissədə adət-ənənəyə uyğun olaraq qurbanlıq heyvanlar kəsilib, dualar oxundu.

Keçidlər