Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə görüş keçirilib.
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Abşeron RİH-nin başçısının I müavini Yusif Sadıqov, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sektor müdiri Əsli İbrahimli və könüllülər iştirak edib.
Azərbaycanda könüllülük hərəkatının geniş vüsət aldığını bildirən Abşeron RİH başçsının I müavini Yusif Sadıqov qeyd edib ki, hazırda da bu idoelogiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyətinə könüllülük fəaliyyəti üçün gənclər tərəfindən çoxsaylı müraciətlər olunmuş, sonuncu həyata keçirilən layihə üzrə 32 gənc könüllü olaraq 3 ay müddətinə fəaliyyətə cəlb olunmuş və ixtisaslarına uyğun olaraq İcra Hakimiyyətinin müvafiq şöbələrində, eləcə də rayon ərazisində idarə, müəssisə və təşkilatlarda könüllülük fəaliyyətini həyata keçirmişlər.
Daha sonra Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, ASAN Xidmətin sektor müdiri Əsli İbrahimli ölkədə uğurlu gənclər siyasətindən bəhs edib. Məhz ölkə rəhbərliyinin yaratdığı imkanlar nəticəsində bu sahədə də gənclərə böyük önəm verildiyi qeyd edilib. Həmçinin könüllülərin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar həyata keçirilən rayon tədbirlərində aktiv iştirak etmələri, şəhid ailələri və qazilərlə görüşlərdə fəallıqları xüsusi vurğulandı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə çanlı Ordumuzun qələbə qazandığı Vətən Müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıqlardan qürurla bəhs edilmiş, şəhid və qazilərə sonsuz ehtiram ifadə edilmişdir.
Daha sonra könüllülər çıxış edərək keçən müddət ərzində gələcək fəailəyyətləri üçün lazımi bilik və təcrübələrə yiyələndiklərini və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər. Könüllülər həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasətinin iştirakçıları olduqlarından qürür hissi keçirdiklərini ifadə etmişlər.
Sonda könüllülərə sertifikatlar verilib, xatirə şəkli çəkdirilib.