Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron gəncləri DTX-nin “Şöhrət” muzeyini ziyarət edib

01 may 2024 | 14:21

01.05.2024-cü il tarixində Abşeron rayon İcra Hakimiyyəti və YAP Abşeron rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonunun bir qrup fəal gəncləri Ümummilli Lider Heydər Əliyevin 101-ci il dönümü münasibəti ilə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasındakı "Şöhrət" muzeyini ziyarət edib, daim milli qurtuluş və müstəqillik duyğuları ilə yaşamış Ümummilli Liderin zəngin həyat və fəaliyyətini əks etdirən fotostend və eksponatlarla tanış olublar.

“Şöhrət” muzeyinin eksponat və stendlərində olan unikal sənədlər, arxiv materialları dahi şəxsiyyətin şərəfli həyat və fəaliyyətini, xalqımızın tarixində oynadığı misilsiz rolu, o cümlədən təhlükəsizlik orqanlarının, eləcə də ölkəmizin inkişaf tarixini özündə təcəssüm etdirir.

Muzey ziyarət edildikdən sonra Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasının rəisi Elşad Nəsirov ilə görüş keçirilib, Abşeron Rayon İcra Hakimiyyətinə xatirə hədiyyəsi təqdim olunub.

Sonda gənclərin iştirakı ilə xatirə şəkili çəkdirilib.

Keçidlər