Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda yeni uşaq bağçası-körpələr evi istifadəyə verildi

25 dekabr 2014 | 16:00

       Ölkə başçısının tapşırığına uyğun olaraq regionların sosial- iqtisadi inkişafı  Dövlət proqramının icrası Abşeron rayonunda da  uğurla həyata  keçrilir.Görülən işlərin  davamı olaraq  120 yerlik , Ceyranbatan 2 saylı  körpələr evi-uşaq bağçası   istifadəyə verildi.

       Bu gün uşaqların keyfiyyətli təhsil və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət , uşaq siyasətinin başlıca prinsiplərindəndir deyən Abşeron RİH başçısı Zakir Fərəcov  rayon ərazisində görülən işlərdən danışdı.

       Rayon İcra  Hakimiyyətinin başçısı qeyd etdi   ki, son illər ərzində respublikamızda 100-lərlə uşaq  bağçası-körpələr evlərinin tikilməsi, bir çoxunun isə yenidən bərpası ölkədə uşaqlara göstərilən diqqət və qayğının mühüm tərkib hissəsi olmaqla yanaşı həm də Azərbaycan gələcəyinin daha etibarlı təminatına geniş imkanlar açmışdır.  Natiq  Azərbaycanın 1-ci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Mehriban Əliyevanın təhsil sahəsində gördüyü mühüm işlərdən danışdı .

      Daha sonra çıxış edənlər təhsilə daim qayğı göstərən dövlət başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.  Sonda bağça ilə tanışlıq oldu, binanın birinci mərtəbəsinin foyesində  xalqımızın ümummilli lideri  Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin uşaqlara  qayğısını əks etdirən  fotoguşələr  yaradılıb.  Uşaq bağçasında 2 yaşından 6 yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi ilə yanaşı, rus və ingilis dilləri də tədris ediləcək. Uşaqlara burada rəqs və musiqi də öyrədiləcək. Yaşlarına müvafiq olaraq 6 qrupa bölünən uşaqların tərbiyəsi ilə 12 müəllim və  1 musiqi rəhbəri  məşğul olacaq. Tanışlıq zamanı balacalar öz sevinclərini gizlətmədilər. Onlar bir birindən gözəl şerlər, rəngarəng musiqilər səsləndirdilər.

 

Keçidlər