Abşeronlular Ulu Öndəri andı
Abşeron rayonunda ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçrilib.Əvvəlcə rayon icra hakimiyyəti,ictimaiyyət nümayəndələri,idarə müəssisə təşkilat rəhbərləri Xırdalan şəhərindəki Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoyub,xatirəsini andılar.Tədbir iştirakçıları ümummilli liderin adını daşıyan mərkəzdə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla da tanış oldular.
Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu,bütün şərəfli ömrünü canından əziz bildiyi doğma xalqının xoşbəxtliyinə həsr edən ümummilli lider Heydər Əliyevin vəfatının 11 ci ildönümü Vətənimizin hər bir guşəsində, soydaşlarımızın yaşadıqları bütün ölkələrdə dərin kədər hissi ilə qeyd edilir. Azərbaycan tarixinin taleyüklü hadisələrlə zəngin otuz ildən artıq bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycana rəhbərliyi ayrı-ayrı dövrlərə, hətta müxtəlif ictimai-siyasi quruluşlara təsadüf etsə də, ulu öndər Heydər Əliyev daim doğma Vətənə, xalqa sonsuz məhəbbət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, həmişə milli maraqların müdafiəçisi və təminatçısı olub. Onun hər bir addımı Vətənə, xalqa fədakar xidmətin bariz nümunəsi olub. Hələ sərt sovet rejimi dövründə o heç bir çətinliyə və maneəyə baxmayaraq Azərbaycanın gələcək müstəqilliyi üçün misilsiz xidmətlər göstərmiş və titanik fəaliyyəti sayəsində müasir, müstəqil, çiçəklənən dövlətimizin təməlini qurub.Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.
Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi.
Bugün Abşerona Gürcüstandan qonaq gələn hərbiçilərdə Ulu Öndərin xatirəsini yad etdilər , onun abidəsi önünə gül dəstələri qoydular.Daha sonra dahi şəxsiyyətin , qəlblərdə əbədiyaşar bir insanın-Heydər Əliyevin adını daşıyan möhtəşəm mərkəzlə tanış oldular.