Abşeron rayonunda ədliyyə işçiləri peşə bayramlarını qeyd ediblər
22 noyabr 2014-cü il tarixdə Abşeron rayonunda Ədliyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi.Tədbir iştirakçıları öncə Mərkəzi parkda ucaldılmış Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, onun əziz xatirəsini ehtiramla yad etdilər.
Sonra Mərkəzdə davam edən tədbiri rayon İcra hakimiyyəti başçısı Zakir Fərəcov açaraq, peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edib. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunduğunu diqqətə çatdıran Z.Fərəcov Azərbaycanın məhkəmə sisteminin tarixindən danışaraq, son illərdə respublikamızda məhkəmə-hüquq islahatlarının uğurla aparıldığını, bu sahədə nailiyyətlərin əldə olunduğunu bildirib.
Digər çıxış edənlər həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını diqqətə çatdırıblar. Natiqlər Azərbaycanda məhkəmə hakimiyyətinin Konstitusiyada təsbit olunduğunu, insan hüquq və azadlıqlarının qorunması üçün hazırda ölkədə üçpilləli məhkəmə sisteminin fəaliyyət göstərdiyini vurğulayıblar.
Tədbirin sonunda xidmətdə fərqlənmiş bir qrup əməkdaşa rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.