Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Bayrağı Günü Abşeronda böyük coşqu ilə qeyd olundu

07 noyabr 2014 | 16:00

        9 Noyabr Bayraq Günü münasibəti ilə keçrilən tədbir Xırdalan şəhərinin girişindən start götürən velotur ilə başlayıb.

Velosipedçilər Heydər Əliyev parkına doğru hərəkət edərək sakinlərdə bayram əhval ruhiyyəsi oyadıblar.Rayon ictimaiyyəti və rayonun bütün ümumtəhsil məktəblərinin şagirdləri də bayram tədbirindən kənarda qalmadı,onlar da şəhərin mərkəzindən Bayraq Meydanına doğru yürüş ediblər. Yürüşçülər ümummilli liderin adını daşıyan parkdakı Bayraq Meydanına doğru hərəkət edib və başları üzərində üçrəngli bayrağımızı dalğalandırarq tədbiri daha da canlandırıblar.Bayram münasibəti ilə bütün yaşayış binalarında üçrəngli bayrağımız dalğalanaraq sakinləri bayram şəninə çağırırdı.

      Xalqımızın qürur mənbəyi və iftixarı,dövlət müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir.1918-20 ci illərdə Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı kimi təsdiqlənən üçrəngli bayrağın dövlət bayrağı kimi qəbulunda ulu öndər Heydər Əliyevin xüsusi rolu var.Sonda vətənə ,bayrağımıza həsr olunan mahnılar ifa olunub.Xırdalan şəhərində fəaliyyət göstərən Uşaq Musiqi və Incəsənət məktəblərinin rəqsləri və ədəbi bədii kompazisiya nümayiş olunub. Bayram tədbirində minlərlə insan,rayon icra hakimiyyətinin rəhbər işçiləri,hüquq mühafizə orqanlarının,müəssisələrin,idarələrin,ictimai təşkilatların əməkdaşları var idi. Qeyd edək ki, bayraq dirəyinin hündürlüyü 65 metrdir. Bayrağın sahəsi isə 200 kv.m  təşkil edir. Burada müxtəlif videogörüntülərin nümayiş etdirilməsi üçün böyük monitor da quraşdırılıb. Bütün bunlar da Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan, bu gün müstəqil ölkəmizin başı üzərində dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımıza dövlət dəviyyəsində olan ehtiramın göstəricisidir.

 

Keçidlər