4 saylı orta məktəbin əlavə korpusu istifadəyə verildi
Bu gün 400 şagird yerlik Xırdalan şəhər 4 saylı tam orta məktəbin əlavə korpusu istifadəyə verildi.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, aparatının işçiləri, idarə, müəssisə, və təşkilat rəhbərləri , valdeyinlər və Xırdalan şəhər sakinləri iştirak edirdilər.
Tədbirdə çıxış edən Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov hər kəsi o cümlədən bu il məktəbə öz qədəmlərini qoyan birinciləri təbrik etdi. Bildirdi ki, Azərbaycanda təhsilin və elmin inkişafına yüksək səviyyədə dövlət qayğısı göstərilir. Bu sahələrin tərəqqisi isə öz növbəsində ölkəmizin sürətli inkişafına töhfəsini verir. Azərbaycan dövlətinin reallaşdırdığı siyasətin əsasında duran prioritetlərdən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir.Qeyd olundu ki,təhsilin yeni mərhələyə qədəm qoyması, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır.İcra başçısı vurğuladı ki, Heydər Əliyev Fondunun dəstəyi ilə rayonda son 9 ildə 22 məktəb binası,18 uşaq baxçası körpələr evi inşaa olunub,əksər məktbələr isə əsaslı təmir olunaraq müasir texniki avadanlıqlarla təmin olunub.
Tədbirdə digər çıxış edənlərdə təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq etdilər. Ardınca Məktəbin açılışı oldu. Məktəb haqqında icra başçısına məlumat verildi.Bildirildi ki Xırdalan şəhər 4 saylı məktəbdə 20 sinif, 2 fənn kobineti və 1 komputer otağı var. Burada 400-dən yuxarı şagir təhsil alacaq ki, onlarında təlim tərbiyəsi ilə 40 -a yaxın müəllim məşğul olacaq. Təhsil ocağının Həyətində də abadlıq işləri də aparılıb. Ağac və gül kolları əkilib yaşıllıqlar salınıb. İcra başçısı yaradılan şəraitdən razılığını bildirdi.