Abşeron rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfrası keçirilmişdir
Bu gün Abşeron rayon Mədəniyyət evində təhsil işçilərinin ənənəvi sentyabr konfrası keçirilmişdir. Tədbirdə Təhsil Nazirliyinin məsul əməkdaşı,rayon İcra Hakimiyyətinin başçısı, pedoqoji kollektiv və bu il yüksək bal toplayaraq ali məktəblərə daxil olan və təlbəbə adını qazanan abituriyentlər iştirak edirdilər.
Tədbir Rayon Mədəniyyət evində baş tutdu. Abşeron rayon təhsil işçilərinin konfransında çıxış edən təhsil şöbəsinin müdiri Nadir Ağayev 2013-2014-cü tədris ilinin yekunları barədə məlumat verdi.Çıxışında qeyd etdi ki, ali məktəblərə sənəd verən 1215 şagirdin 785 nəfəri tələbə adını qazanıb.Tələbə adını qazananlardan 81-i 500-dən yuxarı,33-ü isə 600 dən yuxarı bal toplamış , buda ötən ilin göstəricisinə nisbətən xeyli çoxdur.Rayon üzrə ümumi göstərici 64.5 %-dir .
Yola saldığımız tədris ilində rayonun təlim tərbiyə müəssisələrində bir sıra müsbət işlər görülüb,uğurlu nəticələr əldə edilmiş, məktəblərdə təlim tərbiyənin keyfiyyəti yüksəldilmiş və məktəb-ictimaiyyət-valideyn münasibətləri xeyli yaxşılaşdırıllmışdır. 2013-2014 cü dərs ilinin əvvəlki illə müqayisəsi göstərir ki, təkcə bir tədris ilində 105 sinif kompleksində 2808 nəfər şagird artımı olub. İclasda Abşerondan olan olan gənclərin Azərbaycan təhsilində qazandıqları uğur və naliyyətlərdən danışılmışdır.Ali məktəblərə qəbul zamanı 100 faiz nəticə göstərən məktəblər Güzdək qəsəbə və Məhəmmədi kənd tam orta məktəbləri olmuşdur.
Eyni zamanda Yeni dərs ilinin başlaması ilə əlaqədar qarşıya qoyulan tələblər və yeni tədrsi ilinə hazırlıqlar barədə də məlumat verilmişdir.Vurğulanıb ki, məktəblərin maddi-texniki bazası müasir standartlara uyğun olaraq yenidən qurulmuş və məktəblərdə metodiki səviyyəni yüksəltmək üçün rayon müəllimləri müntəzəm olaraq ixtisasartırma kursalarına ezam olunmuşlar.Tədbirdə o da qeyd olunub ki, Heydər Əliyev Fondunun dəstəyi ilə rayonda son 9 ildə 22 məktəb binası,18 uşaq baxçası körpələr evi inşaa olunmuş,əksər məktbələr isə əsaslı təmir olunaraq müasir texniki avadanlıqlarla təmin olunaraq istifadəyə verilmişdir. 690 balla ADA-nın tələbisi adını qazanmış Xırdalan şəhər 9 saylı orta məktəbin məzunu Quliyev Elşən təhsil sahəsində qazanılan bu uğurların ölkə başçısı İlham Əliyevin təhsil sahəsinə göstərdiyi qayğının nəticəsi olduğunu bildirmişdir.
Daha sonra çıxış edən Təhsil Nazirinin müşaviri İlham Pirməmmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətdə təhsil sahəsinə diqqətin prioritet olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin yeni mərhələyə qədəm qoyduğunu bildirərək , ümümilikdə Azrəbaycan təhsilinin gələcək planaları haqqında ətrafli məlumat vermişdir.Təhsil sahəsində qazanılan uğurlar münasibəti ilə müəllimləri və tələbə adını qazana məzunları təbrik edən Abşeron Rayon İcra Hakimiyyəti başçısı Zakir Fərəcov bildirdi ki,Azərbaycanda təhsilin və elmin inkişafına yüksək səviyyədə dövlət qayğısı göstərilir. Bu sahələrin tərəqqisi isə öz növbəsində ölkəmizin sürətli inkişafına töhfəsini verir. Azərbaycan dövlətinin reallaşdırdığı siyasətin əsasında duran prioritetlərdən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir.Qeyd olundu ki,təhsilin yeni mərhələyə qədəm qoyması, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynamışdır. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır.İcra başçısı vurğulandı ki, son illərdə rayonda məktəb binası və əlavə korpuslar tikilib, minlərlə məktəb binası əsaslı təmir edilmişdir.Konfransda yeni dərs ilində qarşıda duran məsələlər də müzakirə olunmuş,çıxış edən müəllimlər təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını ifadə etdilər.Sonda ali məktəblərə daxil olaraq tələbə adını qazanan məzunlarr və təhsil sahəsində fərqlənən müəllimlər qiymətli hədiyyələrlə təltif olundu. Sonda Prezident Ilham Əliyəvə muraciət mətni oxundu.