Abşeronda yeni tikilmiş uşaq bağçası-körpələr evinin açılış mərasimi olmuşdur
Dövlət proqramı çərçivəsində bu gün Abşeron rayonunda daha yeni bir 120 yerlik 25 saylı uşaq bağçası-körpələr evi balacaları istifadəsinə verilmişdir. Ümumi sahəsi 0.6 hektar olan uşaq bağçası-körpələr evi , iki mərtəbəli olmaqla 120 uşağın təlim tərbiyyəsi üçün nəzərdə tutulmuşdur. Burada ayrıca qazanxana və trasnfarmator quraşdırılmış ,təhsil obyektinin həyətyanı sahəsi yaşıllaşadırılmışdır. İlk olaraq açılış mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov rayon əraziisndə görülən abadlıq quruculuq işlərdən danışdı.
Bildirdi ki , son illər Respublikamızda yüzlərlə bağçanın, uşaq evlərinin tikilməsi bir çoxunun isə yenidən bərpası ölkədə uşaqlara göstərilən diqqət və qayğının mühüm tərkib hissəsi olmaqla yanaşı həm də Azərbaycan gələcəyinin daha etibarlı təminatına geniş imkanlar açır. Bu işdə Heydər Əliyev Fondunun fəaliyyəti isə danılmazdır. Fondun bu sahədə həyata keçirilən dövlət siyasətinə verdiyi dəstək və onun təşəbbüsü ilə tikilən yeni bağçalar Azərbaycan içtimaiyyətinin böyük rəğbətinə səbəb olub. Bu gün Heydər Əliyev Fondu Azərbaycanın hər yerində olduğu kimi Abşeron rayonunda da irimiqyaslı layihələr həyata keçirir. Məhz Fondun dəstəyi hesabına ilini sonuna kimi daha 15 bağçanın tikilib istifadəyə verilməsi plnalaşdırılır. Gələn isə daha 22 uşaq bağçasının tikintisi nəzərdə tutulub.
Daha sonra çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə cənab prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə etdilər. Sonra baxça ilə tanışlıq oldu. Bağçanın birinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğılarını əks etdirən fotoguşələr yaradılmışdır. Burada kiçik yaş qrupu bölməsi, yeməkxana, kitabxana, mətbəx, həkim otağı yerləşir. Uşaq bağçasında 2 yaşından 6 yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi ilə yanaşı, rus və ingilis dilləri də tədris ediləcək. Bunun üçün bağça hər cür dərs ləvazimatı ilə təchiz olunmuşdur. Uşaqlara burada rəqs və musiqi də öyrədiləcək. Məlumat verildi ki, bağçada uşaqların asudə vaxtlarının səmərəli təşkili, əylənmələri üçün qış və yay oyun zallarıda vardır.Ümumilikdə isə 120 uşağın təlim-tərbiyəsi üçün hər cür şərait yaradılmışdır. Yaşlarına müvafiq olaraq 6 qrupa bölünən uşaqların tərbiyəsi ilə 12 müəllim və tərbiyəçi məşğul olacaq.Tanışlıq zamanı balacalar öz sevinclərini gizlətmədilər.Onlar bir birindən gözəl şerlər rəngarən musiqilər səsləndirdilər.
Sonda rayon İcra Hakimiyyətinin başçısı görülən işlərdən raziligini ifadə edərək tapşırıq və tövsiyyələrini verdi.