Şriftin ölçüsü :

Saytın rəngi :

“8 Noyabr – Zəfər Günü” münasibəti ilə Abşeron rayonunda ağacəkmə aksiyası keçirilmişdir

06 noyabr 2022 | 10:07

Şanlı Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə düşmən üzərində cəmi 44 günə tarixi qələbə qazanmışdır. Bu qələbə nəticəsində 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad edilmiş, haqq-ədalət bərpa edilmişdir. Əsgər və zabitlərimiz yüksək peşəkarlıq və döyüş əzmi göstərərək düşməni Kapiltulyasiya Aktını imzalamağa məcbur etmiş və bununla da Azərbaycan tarixinə qələbə günü – Zəfər Günü qızıl hərflərlə yazılmışdır.

“8 Noyabr – Zəfər Günü” münasibəti ilə Abşeron rayonunun Xırdalan şəhəri də daxil olmaqla rayonun bütün kənd və qəsəbələrində genişmiqyaslı ağacəkmə aksiyası keçirilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə idarə və təşkilatlar, şəhid ailələri və qazilər, gənclər, könüllülər və rayon ictimaiyyəti fəal iştirak etmişlər. Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkından başlanan aksiyada şəhid ailələri və qazilərlə birgə kənd və qəsəbələrdə müxtəlif növ ağac və gül kolları əkmişdir.

Məlumat üçün bildirək ki, aksiya çərçivəsində Abşeronun müxtəlif ərazilərində ümumi sayı 4400 ədəd olmaqla, əsasən də çinar, Eldar şamı, kiparis, sərv, evkalipt, zeytun və digər həmişəyaşıl ağacın əkilməsi həyata keçirilmişdir. Yeni əkilmiş ağaclara üzvi gübrə verilmiş, suvarılmış və lazimi aqrotexniki qulluq göstərilmişdir.

Bundan əlavə, rayonda ümumi iməclik həyata keçirilmiş, o cümlədən kənd və qəsəbələrdə olan Şəhid Xatirə Komplekslərinin ətrafında abadlıq işləri aparılmış, yaşıllıqlar salınaraq gül-çiçək əkilmişdir.

Məlumat üçün bildirək ki, ekoloji tarazlığın qorunması və yaşıllıq zolaqlarının artırılması məqsədilə rayon ərazisində yeni ağacların əkilməsi istiqamətində işlər bundan sonra da mütəmadi davam etdiriləcəkdir.

Keçidlər