Komitə sədri Hicran Hüseynova Sumqayıtda vətəndaşları qəbul edəcək
27 avqust 2014 | 15:00
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu 2014-cü ildə də davam edir.
Məlumat üçün bildirək ki, Ailə ,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova , 28 avqust 2014- cu il tarixdə saat 10:00 –da Sumqayıt şəhəri Tarix-Diyarşunaslıq müzeyində, Şuşa,Qubadlı, Zəngilan,Abşeron rayonlarından olan vətəndaşları qəbul edəcək.
Abşeron rayonundan Komitə sədri ilə görüşədə iştirak etmək istəyən vətəndaşlar bu nömrə vasitəsilə qeydiyyatdan keçə bilərlər.
(012) 342-11-15