Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda Polis Günü qeyd edildi

02 iyul 2014 | 15:00

     1918-ci il may ayının 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. Prezident Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmana əsasən, hər il iyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid verib, 681 əməkdaş isə əlil olub.

     Hər il olduğu kimi bu ildə Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Abşeron Rayon Polis Şöbəsində tədbir keçirildi.
Tədbirdə Dövlət himni səsləndirildikdən sonra, vətən keşiyində canlarından kecmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi

     Yığıncaqda rayon hüquq mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, Abşeron rayon İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov və digər rəsmi şəxslər, veteran polislər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 02 iyul – Polis işçilərinin peşə bayramı münasibəti ilə bütün polis işçilərini təbrik edərək qeyd etdi ki, Azərbaycan Polisinin uzun, tarixi və şərəfli bir yol keçib, Daxili İşlər Orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna rolu olub. Bu gün də hörmətli Prezidentimiz İlham Əliyev də polis işçilərinə həmişə diqqət və qayğıkeşliklə yanaşır. Bunun nəticəsidir ki, polis əməkdaşlarının əmək haqları xeyli artırılıb, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. Bu da polislərimizdə məsuliyyət hissini artırır, daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir.

    Toplantıda çıxış edən Abşeron Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli Azərbaycan polisinin peşə bayramının 96-ci il dönümü münasibətilə şəxsi heyəti təbrik etdi. Azərbaycan polisiinin keçdiyi tarixi yola nəzər salınıb. Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyi, hazırda da polis əməkdaşlarının əməyinin ölkə rəhbərliyi tərfindən layiqincə qiymətləndirildiyi yığıncaq iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonar çıxış edən rayonun güc strukturlarının  rəhbərləri və polis veteranları 95 illik tarixə malik Azərbaycan polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini bildirdilər

Sonda Abşeron Rayon icra hakimiyyətinin rəhbəri cənab Zakir Fərəcov tərəfindən işində fərqlənən bir qrup polis əməkdaşına Fəxri fərmanlar, pul mükafatı ,hədiyyələr və 5 polis əməkdaşına isə yeni yaşayış binalarında mənzil təqdim edildi.

Keçidlər