Abşeron rayonunda 1-ci yarımilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir
Bu gün Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Abşeron rayonunda 1- yarımilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda cari ilin altı ayı ərzində rayonun sosial-iqtisadi inkişafının nəticələri təhlil edilmiş, qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
İclası açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov , Respublikamızın sürətli inkişafının bu rayondan da yan keçmədiyini bildirmişdir.
Vurğulanmışdır ki, əvvəlki ilin altı ayın nəticələri ilə müqayisədə sənaye məhsullarının ümumi həcmi 52 milyon 340 min manata, nəqiliyyat sektorunda yük daşınması 596 min tona, pərakəndə əmtəə dövriyyəsi 124,8 milyon manata,əhaliyyə göstərilən pullu xidmətlər isə 32,0 çatmışdır. Yarım il ərzində rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 98 milyon 724 min manat investisiya yönəldilmişdir.
Rayonun tikinti təşkilatları öz gücləri ilə cari ildə 154,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,0 % çox tikinti işləri görmüşlər.Cari ilin altı ayı ərzində rayonun bütün yaşayış məntəqələrində 44294 km.metr qırmadaş tökülərək yayılmış, 86497 kv.metr sahəyə asfalt vurulmuşdur. Şəhər, qəsəbə və kəndlərdə 7420 p/m uzunluqda səki daşları düzlmüş və 465 kv.metr tamet döşənmişdir.
Cari ilin altı ayı ərzində Bakı-Quba və Bakı-Şamaxı avtomagistrallarının rayon ərazisinə düşən hissəsinin kənarlarında 350 min kv.metrdən çox sahədə yaşıl ot (qazon), 500 minə yaxın gül, 20 mindən çox dekorativ kol və ağac əkilmişdir.Yaşıllıqların suvarılmaı məqsədilə 25 km uzunluğunda su xətləri çəkilmişdir. Magistral yolların yaşayış məntəqlərində keçən hissəsində 7 min metr uzunluqda hasar çəkilərək ağlay daşla üzlənmişdir.
Daha sonra iclasda çıxış edən rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri tikinti, kənd təsərrüfatı, yol infrastrukturunun bərpası və inkişaf etdirilməsi, küçə və yolların abadlaşdırılması, yaşayış məntəqələrinin, xüsusilə Xırdalan şəhərinin müasirləşməsi istiqamətində görülən işlər haqqında geniş məlumat verdilər. Bildirildi ki, əhalinin su, işıq və təbii qazla təminatı da diqqət mərkəzində saxlanılmış, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir.
Sonda Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul olundu.