Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda Dövlət Qulluqçularının peşə bayramı günü qeyd olundu

24 iyun 2014 | 15:00

Bu gün Abşeron rayon İcra Hakimiyyətində 23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirildi.

   Tədbiri giriş sözü ilə açan Abşeron rayon İcra Hakimiyyətinin Başçısı cənab Zakir Fərəcov  tədbir iştirakçılarını salamladı, dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik edərək bu günün yaranma tarixi, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanda dövlət qulluğunun baza və prinsiplərinin yaranması ilə bağlı göstərdiyi böyük xidmətləri, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dövlət qulluğunun qeyd edilməsi, qüvvəyə minməsi və digər hüququ aktlara dair imzladığı qanun, fərman və sərəncamlar barədə geniş məlumat verdi. O, qeyd etdi ki, bu sahədə çalışmaq böyük məsuliyyətdir. Hər bir dövlət qulluqçusu möhtərəm Prezidentimizin etimadına layiq çalışmalı, dövləti təmsil etdiyini, vətəndaşların hüquqlarının qorunması üçün onların üzərinə böyük məsuliyyət düşdüyünü hiss etməlidir.

     Rayon rəhbəri cənab Zakir Fərəcov  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə ölkəmizdə hər il 23 iyun dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunduğunu, Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatlarını davam etdirildiyini və aparılan islahatların əsas məqsədi çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə Azərbaycanın Beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətlənməsindən ibarət olduğunu bildirdi.Hələ ötən  illərdə  dövlət qulluqçuları ilə bağlı ölkədə bir neçə sənəd Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə  qəbul edildiyini söylədi. 

    Belə ki, Azərbaycan Respublikası 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini əldə etməklə beynəlxalq münasibətlərdə inamla fəaliyyətə başlamış və beynəlxalq birliyin tam hüquqlu üzvü kimi regionda və dünyada gedən proseslərin aktiv iştirakçısına çevrilmişdir. Bu istiqamətdə atılan mühüm addımlardan biri dövlət qulluğu sahəsində aparılan islahatların nəticəsi olaraq 21 iyul 2000-ci il tarixində “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası qanununun qəbul edilməsi olmuşdur. Bu qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur. Yekunda rayon rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dövlət qulluğunda çalışanlara göstərilən diqqət və qayğıya görə rayonda çalışan dövlət qulluqçuları adından öz dərin minnətdarlığını bildirdi.


Tədbirin sonunda dövlət qulluğunda fərqlənən bir qrup dövlət qulluqçusuna rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən fəxri fərmanlar,1-nəfərə ev,işində fərqlənən bəzi dövlət qulluqçularına isə pul mükafatı  təqdim olundu.

Keçidlər