Abşeron rayonunda 15 İyun- Milli Qurtuluş Günü qeyd edilmişdir
Bu gün Abşeron rayonu Masazır kəndində yerləşən "Qurtuluş-93" yaşayış kompleksinin Əlincə futbol meydançasında 15 iyun "Milli Qurtuluş Günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Muasir və müstəqil dövlətçiliyimizin formalaşmasında ən mühüm əhəmiyyətə malik hadisələrdən biri, heç şübhəsiz, "Milli Qurtuluş Günü"dür. 1993-cü ilin 15 iyun tarixi yaxın keçmişimizin işıqlı səhifələrindən biridir. Çünki həmin tarix ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublikaya rəhbərlik etməyə başlamasının və ölkəni nicat yoluna çıxarmasının başlanğıc günüdür. Artıq neçə illərdir ki, xalqımız iftixar hissi ilə bu əlamətdar tarixi günü bayram kimi qeyd edir.
Respublikamızın hər yerində olduğu kimi ,Abşeron rayonunun sakinləri də "Milli Qurtuluş Günü"nü ənənəvi olaraq yüksək əhval-ruhiyyədə, necə deyərlər, ürəkləri istəyən şəkildə qarşılayırlar.
Tədbir tanınmış incəsənət ustalarının konsert proqramı ilə gecə saatlarınadək davam etdi.
Sonda atəşfəşanlıq təşkil edilmişdir.
Yüksək səviyyədə təşkil olunmuş şou proqram və atəşfəşanlıq , Abşeron rayon sakinlərində və qonaqlarda xoş ovqat yaratmışdır.