Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü qeyd olunmuşdur.

31 may 2014 | 15:00

        Bu gün Abşeron rayonu Mədəniyyət sarayında ictimaiyyət nümayəndələrinin geniş iştirakı ilə  1 İyun "Uşaqları Beynəlxalq Müdafiəsi Günü" təntənəli surətdə qeyd olunmuşdur. Tədbirdə Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, idarə, müəsissə rəhbərləri, baxça müdirələri, həmcinin körpə fidanlar iştirak edirdilər.

        Əvvəlcə rayonda fəaliyyət göstərən uşaq bağçalarının şagirdlərinin hazırladığı bayram konserti keçirildi. Uşaqların hazırladığı proqram tamaşaçılar tərəfindən maraqla qarşılandı. Uşaqlardan ibarət rəqs qrupları, şən və hazırcavab balacalar çıxış edərək şeirlər və mahnılar səsləndirdilər. Daha sonra çıxış edən rayon İcra Hakimiyyəti Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İradə Gülməmmədova körpə fidanları təbrik etdi. Bildirdi ki, 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyası uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflərini səsləndirib və 1  iyunu "Uşaqların Müdafiəsi Günü" elan edib.

      BMT bu təşəbbüsü bəyənib və uşaqların hüquqlarını, həyat və sağlamlıqlarını öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi elan edib. 1950-ci ildə BMT-nin xətti ilə dünyanın 51 ölkəsində bu münasibətlə silsilə tədbirlər keçirilib. Uşaqların hüquqlarının müdafiəsi ilə bağlı BMT Baş Məclisi 1989-cu ilin 20 noyabrında “Uşaq Hüquqları Konvensiyası”nı müvafiq qətnaməsini  qəbul edib.

     Azərbaycan bu Konvensiyanı Milli Məclisin 1992-ci il 21 iyul tarixli, 236 nömrəli qərarına əsasən ratifikasiya edib. Melumat uçun deyek ki, Dünyanın əksər ölkələrində olduğu kimi, 1 iyun "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" Azərbaycanda, o cümlədən Abşeronda təntənə ilə qeyd edilir. 2009-cu il isə cənab prezident İlham Əliyevin sərəncamı ilə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demokratik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə “Uşaq ili” elan edilib. Hazırda ölkədə 50-yə qədər internat məktəbi fəaliyyət göstərir ki, o cümlədən  Abşeron rayonunda da valideyin himayəsindən məhrum olan uşaqlara dövlət qayğısı uğurla həyata keçirilir. Ölkəmizdə , uşaqlar  əhalinin təxminən 30 faizini təşkil edir.Respublikamızda  uşaq və yeniyetmə yaşında olan gənclərin təxminən 95 faizi təhsil alır ki, onların da  böyük bir qismi pulsuz tibbi xidmətlə təmin olunmuşdur. Qeyd edək ki, Abşeron rayonunda hal hazırda 24 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan 9-u körpələr evi, 15-i isə uşaq baxçasıdır.Ümumilikdə isə rayonun körpələr evi, uşaq baxçalarında 2300 uşaq məktəbəqədər təhsil və tərbiyyə alır. Tədbirin sonunda bayram tortu kəsildi və balaca fidanlarla xatirə şəkili çəkdirildi.

Keçidlər