Abşeron rayonunda “Elm günü” qeyd edilib
Abşeron rayonunda “Elm günü” ilə əlaqədar konfrans keçirilib. Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə RİH başçısının müavini Gülnar Rəhimova, Rayon Təhsil Şöbəsinin müdir əvəzi Pərviz Əhmədov, rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Hümanitar Kollecin drektoru Səhər Orucova, Bakı Mühəndislik Universitetinin professoru Elçin Süleymanov, professor Əbülfət Pələngov və rayonun təhsil işçiləri iştirak edib.
Azərbaycan himinin oxunması ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Abşeron RİH başçısının müavini Gülnar Rəhimova çıxış edərək bildirib ki, hər bir xalqın inkişafı onun elmi naliyyətləri ilə bağlıdır. Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycan elminin də dövlətə, dövlətçiliyə xidmət etdiyini, ölkəmizin gələcəyinin elmlə sıx bağlı olduyğunu qeyd edən məruzəçi vurğulayıb ki, dövlətimizin ideoloji əsaslarını təşkil edən azərbaycançılıq məfkurəsi ölkəmizdə elmi fəaliyyətin də istiqamətlərini və hədəflərini müəyyənləşdirir. Azərbaycan elmi müstəqil dövlətçiliyin yaratdığı geniş imkanların işığında irəliyə doğru inkişaf edir və ölkəmizin müasir inkişafına tövhələr verir.
Bildirilib ki, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb və həmin ildən etibarən hər il martrın 27-si ölkəmizdə “Elm günü” kimi qeyd edilir. Bu tədbir elmlə məşğul olan hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Respublikamızda elmin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nufuzu yüksəldilib. Müstəqillik illərdində Azərbaycanda elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir, elmin populyarlaşdırılması istiqamətində bir sıra tədbirlər icra olunur.
Daha sonra çıxış edən məruzəçilər də Azərbaycan elminin tutduğu inkişaf yolundan, azərbaycançılıq ideolagiyasından və ölkəmizdə əldə edilən elmi nəticələrdən söz açıblar.