Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Abşeron rayonun müxtəlif ərazilərində keçirilən reydlər bu gün də davam edib.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İcra Hakimiyyəti yanında İctimai Şuranın, Abşeron rayon Mərkəzi xəstəxanasının, Abşeron rayon Polis İdarəsinin, Abşeron GEM-in, yerli icra və bələdiyyə orqanlarının əməkdaşlarının iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən obyektlərdə, marketlərdə, mağazalarda, restoranlarda, məktəblərdə baxış keçirilib, sakinlərlə maarifləndirici söhbətlər aparılıb, Covid əleyhinə vaksinasiya prosesi ilə bağlı sakinlər ətraflı məlumatlandırılıb.
Keçirilən reyd zamanı sakinləri, valideyinləri maraqlandıran suallar cavablandırılıb, eyni zamanda vətəndaşlara metodiki göstərişlər verilmiş, həmçinin nəzərlərinə çatdırılmışdır ki, müəyyən edilmiş tələblərə və qaydalara ciddi şəkildə əməl edilməsi, tibbi-mühafizə vasitələrindən, tibbi maskalardan və əlcəklərdən müntəzəm istifadə olunması, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsi mütləq vacibdir.