İcra başçısı Abdin Fərzəliyev İctimai Şuranın üzvləri ilə görüş keçirib
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri ilə görüş keçirib.
Şuranın üzvləri ilə keçirilən görüşdə gələcək fəaliyyət istiqamətləri, vətəndaş cəmiyyətinin dəstəyi, icitmaiyyətlə əlaqələrin daha sıx qurulması, maarıfləndirmə tədbirlərinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. İcra başçısı görüşdə dövlət-vətəndaş münasibətlərinin inkişafında ölkəmizdə yeni mərhələnin başlandığını, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin gücləndirilməsi, şəffaflıq prinsipinin təmin olunması ilə bağlı mühüm vəzifələrin müəyyən olunduğunu vurğulayıb.
İctimai Şuranın sədri Elçin Quliyev qarşıya qoyulmuş vəzifələr və onların icrası üçün hazırlanmış fəaliyyət planı haqqında məlumat verib. Şuranın fəaliyyətinin səmərəli təşkili məqsədi ilə zəruri məlumatların əldə edilməsi, eyni zamanda, ictimai iştirakçılıq tələb edən məsələlər üzrə məsləhətləşmələrin aparılması baxımından görüşün əhəmiyyətli olduğu vurğulanıb.
Daha sonra fəaliyyət planına uyğun müzakirələr aparılıb, təkliflər dəyərləndirilib. Bir daha qeyd olunub ki, şuranın fəaliyyətinin yüksək səviyyədə təşkilinə İcra Hakimiyyəti tərəfindən zəruri dəstək veriləcəkdir.
İctimai Şuranın üzvləri onlara göstərilən etimadı doğruldacaqlarını vurğulayıb, şuranın fəaliyyətinin Abşeron rayonu ilə bağlı müxtəlif məsələlərin ictimai müzakirəsinin və həllinin daha səmərəli təşkilinə xidmət edəcəyini bildiriblər.