Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda Gül bayramı möhtəşəmliyi ilə fərqlənmişdir

11 may 2014 | 15:00

Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə möhtəşəm Gül bayramı keçirilmişdir.
Xırdalan şəhərinin mərkəzi meydanında keçirilən tədbirdə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Gül sərgisində rayon məktəblilərinin, uşaq yaradıcılıq mərkəzlərinin şagirdləri, eləcə də uçaq bağçalarının körpə fidanları tərəfindən hazırlanmış müxtəlif mövzulu əl işləri nümayiş olunmuşdur.


Gül bayramı ümummilli liderimiz Heydər Əliyevin 91 illiyinə həsr olunduğu üçün nümayiş etdirilən hər bir buketdə, gül çələngində, əl işlərinin mövzu və kompozisiyasında, mahnı və rəqslərdə, körpə fidanların şeirlərində Ulu Öndərə sonsuz məhəbbət, onun ruhuna ehtiram və səmimiyyət hissləri qabarıq nəzərə çarpırdı. Hər bir çalarda, hər bir rəng koloritində, hər ilmədə, hər naxışda bir istək, bir arzu, bir məna formalaşmış, ən böyük azərbaycanlıya sonsuz qayğı və ehtiram ifadə olunmuşdur.


Bayram tədbirində təqdim olunan kompozisiyalar və kolleksiyalar gözlər önündə gül-çiçəklərdən ibarət əsrarəngiz bir aləm canlandırmışdır. Müxtəlif növ çiçək və bitkilərdən hazırlanan və ifadəliyi ilə seçilən rəngarəng kompozisiyaların görünüşü tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.
Bayram çərçivəsində kitab sərgisi də keçirilmişdir.
Sonra meydanın mərkəzində qurulan səhnədə ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunan geniş və rəngarəng konsert proqramı təqdim olunmuşdur. Respublikanın tanınmış incəsənət ustalarının ifasında Vətənə və Ulu Öndərə həsr olunan, könül oxşayan, xoş ovqat bəxş edən mahnılar səslənmişdir.

Keçidlər