Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda COVID-19 infeksiyası ilə bağlı genişmiqyaslı reydlər bütün rayon ərazisində bu gün də davam edib

15 fevral 2022 | 16:00

Abşeron rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq maarifləndirmə, təbliğat tədbirləri həyata keçirilir. Covid əleyhinə vaksinasiya prosesi ilə bağlı      sakinlər ətraflı məlumatlandırılır. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə  İcra Hakimiyyəti yanında İctimai Şuranın, Abşeron rayon Mərkəzi xəstəxanasının, Abşeron rayon Polis İdarəsinin, Abşeron GEM-in, yerli icra və bələdiyyə orqanlarının əməkdaşlarının iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən obyektlərdə, marketlərdə, mağazalarda, restoranlarda baxış keçirilib, sakinlərlə maarifləndirici söhbətlər aparılıb.
Keçirilən reyd zamanı sakinləri, valideyinləri maraqlandıran suallar cavablandırılıb, satıcıların, istehlakçıların tibbi maskalardan istifadəsinin, sosial məsafənin gözlənilməsinin, ticarət obyektlərinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb və karantin qaydalarının pozulması hallarına yol veriləcəyi təqdirdə qanunvericiliyə uyğun olaraq ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.
Reyd keçirilən zaman ümumən qaydalara riayət edildiyi müşahidə olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə rayonda reydlər və maarifləndirmə tədbirləri bundan sonra da davam etdiriləcək.

Keçidlər