Xırdalanda şəhid Vüsal Tahirovun il mərasimi keçirildi
Ölkəmizin bütövlüyü uğrunda silaha salıralaraq qəhrəmancasına döyüşən, öz canını vətəninə qurban verən gizir Tahirov Vüsal Mehdi oğlunun il mərasimi keçirilib. İl mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Hüseyn Quliyev, Abşeron Polis İdarəsi rəisinin köməkçisi Elnur Zeynalov, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, Yeni Azərbaycan Partiyasının Aberon Rayon Təşkilatının sədri Bilman Vəliyev, şəhid ailələri, qazilər, veteranlar, gənclər və rayon ictimaiyyəti iştirak edib.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhuna dualar oxunub.
RİH başçısı İ.Gülməmmədova şəhidimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.