Abşeron rayonunda Qələbənin 69-cu ildönümü qeyd edildi
Bu gün alman faşizmi üzərində tarixi qələbədən 69 il keçir.
Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində olduğu kimi Abşeron rayon İcra Hakimiyyəti, təşəbbüsü ilə Novxanı kəndində geniş tədbir keçirildi..,: "Bəşər tarixinin ən dəhşətli müharibəsində qələbənin əldə olunmasına Azərbaycan xalqı da böyük töhfələr verib. Bu qanlı müharibədə Azərbaycan xalqı 670 mindən çox oğul və qızını cəbhəyə yola salıb, onların təxminən yarısı döyüşlərdə həlak olub. Qanlı-qadalı döyüşlərdə göstərdikləri igidliyə görə, ölkəmizin 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib .Bu igidlərdən ikisi isə qəhramanlıqları ilə dillər əzbəri olmuş Abşeronlular Mikayıl Ələkbərov və Mehdi Hüseyinzadədir.bşeron rayonundan 1725 nəfər müharibədə iştirak etmiş ,onlardan yalnız 964 nəfəri qayıtmışdır
Tədbirdə iştirak edən Abşeron rayoni İcra Hakimiyyətinin başçısı və rayonun digər müəssiə və təşkilat rəhbərləri Mehdi Hüseynzadənin abidəsini ziyarət etdilər və abidə önünə gül çələngi qoydular.
Tədbirdə xalqımızın igid oğlu Mehdi Hüseynzadənin qısa və şərəfli ömür yolundan, onun uzaq Adriatik dənizinin sahillərindəki Sloveniya kəndlərində başçılıq etdiyi partizan qrupu ilə birlikdə apardığı kəşfiyyat-təxribat əməliyyatlarındakı uğurlarından söhbət açıldı..
Daha sonra isə tədbir Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində Böyük Vətən Müharibəsində həlak olmuş döyüşçülərin şərəfinə ucaldılmış abidə kompleksi önündə keçirildi
Rayon İcra Hakimiyyətinin, ictimaiyyət nümayəndələrinin, eləcə də müharibə veteranlarının iştirakı ilə abidə kompleksi önünə əklil və gül-çiçək dəstələri qoyuldu, 1941-1945-ci illərdə həlak olan, eləcə də sonradan vəfat etmiş müharibə iştirakçılarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonda tədbir iştirakçıları Abşeron rayon Mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompazisiyalara tamaşa etdilər.