Şriftin ölçüsü :

Saytın rəngi :

Masazırda şəhid Elçin Həsənlinin il mərasimi keçirilib

10 noyabr 2021 | 16:00

Ölkəmizin bütövlüyü uğrunda silaha salıralaraq qəhrəmancasına döyüşən, öz canını vətəninə qurban verən əsgər Həsənli Elçin Vaqif oğlunun il mərasimi keçirilib. İl mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon İdarəsinin rəisi Ruslan Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Hüseyn Quliyev, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak edib.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhuna dualar oxunub.
RİH başçısı İ.Gülməmmədova şəhidimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıblar.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.

Keçidlər