Abşeronda şəhidlərin xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub, il mərasimi keçirilib
Abşeron rayonunda şəhid əsgər Məcidov Səbuhi Ağalətif oğlunun və şəhid əsgər Quliyev Teymur Zamin oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub. Açılışda Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, döyüş-səngər yoldaşları, rayon ictimaiyyəti, gənclər və KİV nümayəndələri iştirak edib.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəblilər vətənpərvərlik şeirləri səsləndirib.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.
RİH başçısı İ.Gülməmmədova şəhidlərimizin ailə üzvləri ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb.
Allah şəhidlərimizə rəhmət eləsin.