Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalan şəhər 27 saylı bağçada Zəfər Günü qeyd edildi

05 noyabr 2021 | 16:00

Xırdalan şəhər 27 saylı körpələr evi-uşaq bağçasında 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbirdə vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Vətən Müharibəsi zamanı igidlərimizin göstərdiyi şücaəti özündə əks etdirən video rolik nümayiş etdirilib.
Sonra Abşreon rayon İcra Hakimiyyətinin əməkdaşı Seymur Qasımov çıxış edərk bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliuyevin uzaqgörən siyasəti nəticəsində xalqımız qələbə əldə etdi. Şəhidlərimiz, qazilərimiz, ümumilikdə ordumuz və xalqımızın birliyi sayəsində 30 illik vətən həsrətinə, vətən nisgilinə, erməni işğalına son qoyulduğunu deyən RİH əməkdaşı Qarabağda böyük quruculuq işlərinin aparılmasından söz açıb.
Bağçanın müdiri Samirə Məmmədova çıxış edərək bildirib ki, bugünkü tədbir Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış Zəfər Gününə həsr olunur. Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqlardan danışan başça müdiri bu tədbirin uşaqların dünya gürüşünün formalaşmasında və vətənpərvərlik ruhundə tərbiyə olunmasındakı əhəmiyyətini qeyd edib.
Daha sonra qazilər və şəhid ailələri çıxış edərək Vətən Müharibəsindən, Zəfər Günündən və bağçada keçirilən tədbirin əhəmiyyətindən danışıblar.
Sonra bağçanın fidanları hazırladıqlar şeir, mahnı və səhnəcikləri təqdim edibləır. Uşaqlar vətənpərvərliyə, şəhidlərimizə, qələbəyə və Müzəffər Ali Baş Komandana aid şeirlər səsləndiriblər.

Keçidlər