Şriftin ölçüsü :

Saytın rəngi :

Masazırda şəhid Cavid Həsənovun il mərasimi keçirildi

20 oktyabr 2021 | 16:00

Vətənimizin bütövlüyü uğrunda silaha sarılaraq döyüşlərə atılan əsgər Həsənov Cavid Mikayıl oğlunun şəhidlik zirvəsinə ucalmasının bir ili tamam olur. Bununla əlaqədar olaraq Abşeron rayonunun Masazır kəndi ərazisində yaşayan şəhidin ailəsinə baş çəkilib. Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, gənclər və rayon ictimaiyyəti şəhid Cavid Həsənovun evinə gedərək ruhuna dualar oxuyub, ailəsinə baş sağlığı veriblər.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.
RİH başçısı İ.Gülməmmədova şəhidimizin ailə üzvləri ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb.

 

Keçidlər