Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda 4 şəhidin il mərasimi keçirildi

21 oktyabr 2021 | 16:00

Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərə atılaraq qəhrəmancasına döyüşən, öz canlarını vətəninə qurban verən 4 igid şəhidimizin il mərasimi keçirilib. İl mərasimlərində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin Seyidzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak edib.
Şəhid əsgər Abbasov Səxavət Rizvan oğlu, əsgər Turabov Rüstəm Fərman oğlu, əsgər İsgəndərov Anar Vahid oğlu və kapitan Xəlilov Ruhin Müzəffər oğlunun həm məzarları ziyarət olunub, həm də onların əvvəllər yaşadıqlara ünvanlara gedilərək ailə üzvləri ilə görüşülüb.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.
RİH başçısı İ.Gülməmmədova və millət vəkili Şahin Seyidzadə şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.

 

Keçidlər