Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda şəhidlərə il mərasimi keçirildi

15 oktyabr 2021 | 16:00

Vətən Müharibəsi zamanı şəhid olan mayor Əliyev Malik Təvəkkül oğlu, kapitan Qubadov Zülfüqar İsmi oğlu, baş leytenant Ələkbərov Röyal Fərmayıl oğlu və əsgər Əlimərdanov Elvin İlham oğlunun il mərasimləri ilə əlaqədar onların ailə üzvlərinə baş çəkilib. İl mərasimlərində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak ediblər.
Şəhidlərimizin yaşadıqlara ünvanlara gedilərək onların ailə üzvləri ilə görüşülüb, qayğıları və problemləri ilə maraqlanılıb..
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.

Keçidlər