Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda şəhid mayor Ramid Hacıyevin il mərasimi keçirildi

18 oktyabr 2021 | 16:00

Vətən müharibəsi zamanı ərazi bütövlüyümüz uğrunda silaha sarılan mayor Hacıyev Ramid Nəriman oğlunun şəhidlik zirvəsinə ucalmasının bir ili tamam olur. Bununla əlaqədar olaraq Abşeron rayonunun Mehdiabad qəsəbəsində şəhidimizin il mərasimi keçirilib. Mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak ediblər.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhuna dualar oxunub.
RİH başçısı İ.Gülməmmədova şəhidimizin ailə üzvləri, eləcə də şəhid anaları ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər