Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda şəhid Azər Salmanovun xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub

13 oktyabr 2021 | 16:00

Abşeron rayonunun Saray qəsəbəsində kəşfiyyatçı şəhid Salmanov Azər Vəfadar oğlunun (29.04.1991-30.10.2020) xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub. Açılışda Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin Seyidzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, döyüş-səngər yoldaşları, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak edib. Şəhidlərin xatirəsinin əbədiləşdirmək istiqamətində rayon ərazisində bir sıra tədbirlərin görüldüyünü vurğulayan İ.Gülməmmədova deyib ki, vətənin bütövlüyü uğrunda canından keçən igid oğullarımızın adları küçələrə verilib və həmin küçələr abadlaşdırılıb.
şəhid Azər Salmanovun abidə-bulaq kompleksinin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayan başçı bildirib ki, Azərbaycan igid qəhrəmanlarının şücayəti sayəsində bütövlüyünə qovuşub.
Sonra millət vəkili Şəhin Seyidzadə, şəhidin döyüş yoldaşları, oxuduğu məktəbin kollektivi və rayon ağsaqqalları çıxış edərək şəhidin döyüş yolundan və xatirələrdən danışıblar.
Daha sonra İ.Gülməmmədova və millət vəkili Ş.Seyidzadə şəhidin ailə üzvləri ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanıb.
A.Salmanovun ailə üzvləri də ölkədə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər