Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunun 267 min nəfərdən çox sakini tibbi müayinədən keçmişdir

02 may 2014 | 15:00

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq fevralın 17-dən başlayan əhalinin tibbi müayinədən keçirilməsi aksiyası respublikamızın bütün bölgələrində olduğu kimi, Abşeron rayonunda da uğurla yekunlaşmışdır.


Rayon icra hakimiyyəti başçısının müavini İradə Gülməmmədovanın AzərTAc-a verdiyi məlumata görə, tibbi profilaktik müayinənin mütəşəkkil qaydada keçirilməsi məqsədilə əvvəlcədən ciddi hazırlıq görülmüş, rayonun bütün kənd və qəsəbələrində olan tibb müəssisələrində lazımi şərait yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadaları təşkil olunmuşdur.


Tibbi müayinələr Xırdalan Şəhər Mərkəzi Poliklinikasında, şəhər uşaq poliklinikasında, Saray qəsəbə xəstəxanasında, Mehdiabad qəsəbə həkim ambulatoriyasında həyata keçirilmişdir. Sakinlər ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunmuş, həkim göstərişinə uyğun olaraq müvafiq diaqnostik müayinələrdən keçmişlər.
İradə Gülməmmədova bildirmişdir ki, dispanserləşdirmə zamanı Abşeron rayonu üzrə 284028 nəfər əhalidən 267048 nəfəri tibbi müayinədən keçmişdir. Müayinədən keçən 2356 vətəndaşa ambulator, 1046 isə stasionar müalicə təyin edilmiş, onlardan 825-i müalicə üçün Bakı şəhərinə göndərilmişdir.


Dövlətimizin başçısının vətəndaşların sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edən bu tapşırığı rayon sakinləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Keçidlər