Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda 2 şəhidin il mərasimi keçirildi

07 oktyabr 2021 | 16:00

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərə atılaraq qəhrəmancasına döyüşən, öz canlarını vətəninə qurban verən 2 igid şəhidimizin il mərasimi keçirilib. Bununala bağlı Abşeron rayonun Novxanı və Masazır kəndlərində çadırlar qurulub. İl mərasimlərində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin Seyidzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Şəhid kapitan Useynov Ceyhun Elşad oğlu və şəhid həkim leytenant Xelilbəyli Turqut Nadir oğlunun yaşadıqlara ünvanlara gedilərək onların ailə üzvləri ilə görüşülüb.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.
RİH başçısı İ.Gülməmmədova və millət vəkili Şahin Seyidzadə şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıblar.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.

Keçidlər