Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron RİH yanında İctimai Şuranın təşkil etdiyi "Könüllü Mərkəzi"nin fəaliyyətinin başa çatması münasibətilə tədbir keçirildi.

24 sentyabr 2021 | 16:00

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə "Dövlət Proqramı"nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədilə   Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şura tərəfindən Abşeronda  gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi üçün Könüllü Mərkəzinin fəaliyyətinə başlamışdır.
Könüllülük fəaliyyətinə gənclər 3 ay müddətinə qoşulmuş, müxtəlif layihələrdə iştirak etmişdirlər.
24 Sentyabr tarixində Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində könüllərin fəaliyyət müddətinin bitməsi münasibəti ilə "Könüllülər Yurdu-Abşeron" adlı tədbir keçirildi. Tədbirdə İctimai Şuranın sədri Elçin Quliyev, üzvləri Abil Əliyev, Sudeyf Fərhadov, Abşeron rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Aytən Rüstəmova və könüllülər iştirak etdi.  Könüllü Mərkəzinin kuratoru Aida Aslanovanın aparıcılığı ilə başlayan tədbir Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə açıq elan edildi. Daha sonra şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Elçin Quliyev könüllüləri salamladı və üç aylıq fəaliyyətləri dövründə keçirilən layihələrdə aktiv iştirak etdikləri üçün təşəkkürlərin bildirdi. Gələcək həyatlarında və fəaliyyətlərində uğurlar arzuladı.
Daha sonra  könüllülərin 19 may-19 avqust müddətində gördükləri işlərin hesabatı təqdim edildi. Üç aylıq fəaliyyətləri müddətində könüllülər bir çox uğurlu layihələri həyata keçirmişdir. Şəhid və qazi ailələrinin ziyarət edilməsi və onlara mənəvi dəstək olmaları könüllülər üçün xüsusi ilə yadda qalan işlərdən biri idi.
Daha sonra qonaqlar çıxış edərək könüllülərə uğurlar arzuladılar.
Sonda Abşeron rayon İH yanında İctimai Şuranın aktiv könüllülərinə İctimai Şuranın sədri tərəfindən Sertifikatlar təqdim edildi.
Sonda xatirə şəkili çəkildi.

Keçidlər