Hörmətli, əziz və mehriban müəllimlər!
Hörmətli, əziz və mehriban müəllimlər!
İnsan həyatı sizinlə öyrənir, sizdən ilk həyat dərsləri alır. Uşaq təkcə tədrisdən deyil, eyni zamanda müəllimin davranışlarından, danışığından, leksikonundan, geyim tərzindən və sairdən öyrənir. Bu baxımdan müəllimlər cəmiyyət qarşısında böyük məsuliyyət daşıyır. Bütün bunlara baxmayaq müəllim də cəmiyyətimizin bir parçası olaraq onların da ağrıları, acıları, sosial problemləri vardır. Amma həyatın, yaşamın bütün ağırılarına baxmayaraq müəllimlərimiz öz problemlərin evlərinin kandarından çıxan kimi unudub, gül balalarımıza təhsil verməyə, öyrətməyə çalışırlar. Müəllim adını, müəllim şərəfini hər şeydən və hər nüansdan uca tuturlar. Bütün çətinliklərə sinə gərərək övladlarımızı cəmiyyətə hazırlayır, vətənpərvər, işgüzr və ən nəhayətində mütəxəssis kimi formalaşmasında əllərindən gələni əsirgəmirlər. Ona görə də onları cəmiyyətimiz hər zaman böyük hörmətlə qarşılayıb və qarşılamaqdadır. Məhz bu xüsusiyyətlərə görə müəllimlərimiz daim sevilib və böyük hörmət sahibi olublar.
Bütün ölkədə olduğu kimi Abşeron rayonunda da təhsilin keyfiyyətinin artırılması istiqamətində çox böyük işlər görülüb. Son 10 il ərzində rayonumuzda 50-dən çox yeni məktəb və bağça binaları tikilib, bəziləri əsaslı şəkildə təmir olunaraq tamamilə yenidən qurulub şagirdlərimizin ixtiyarına verilmişdir. Məktəblərimizin maddi-texniki bazası gücləndirilmişdir. Bu gün də bu istiqamətdə işlər görülməkdədir. Məhz görülən tədbirlərin nəticəsidir ki, Abşeron təhsilinin göstəriciləri ildən ilə müsbət tendensiya üzrə inkişaf etməkdədir.
Bu müqəddəs və şərəfli peşə fəaliyyətində sizə yorulmazlıq və bol-bol uğurlar arzulayıram. Qoy əkdiyiniz ağaclar daim bar versin.
Bayramınız, gününüz mübarək, əziz müəllimlər.
İradə Gülməmmədova,
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı